Dünyani ağladan faciə - NBA ulduzu Kobe Bryant və 13 yaşlı qızı Gianna-FOTOLAR

NBA əfsanəsi Kobe Bryant qızı 13 yaşlı Gianna “Gigi” Bryantla birlikdə helikopter qəzasında həlak olub. Giannanın 13 yaşı olsa da, gələcəyin ulduz namizədlərindən idi.

 

Məlumata əsasən, Kobe Bryant və qızı Gianna helikopterlə NBA matçını izləmək üçün gediblər.

 

Mütəmadi olaraq, qızı Giannanı NBA matçlarına aparan Kobe Bryant həftələrdə Giannaya ciddi diqqət ayıraraq ona basketbol oyunlarının sirlərini öyrədirmiş.

 

Kobe Bryant tok-şou proqramlarından birində qızı üçün aşağıdakı sözləri demişdi:

 

“Məni küçədə görənlər kaş ki, bircə oğlun olsaydı, sənin yolunu davam etdirsəydi deyirdilər.  Gianna isə dərhal "Mən burdayam, özüm davam edəcəyəm" deyir.  Bəli, o, həqiqətən də mənim yolumu davam etdirəcəkdir. ''

 

Kobe Bryant 4 qızın atası idi ...

 

WNBA-nın səbirsizliklə böyüməsini gözlədiyi, çox istedadlı qızı 13 yaşlı Gianna ilə birlikdə dünyadan faciəvi şəkildə köçdü.

   

Kobe Bryantın ən kiçik qızı 7 aylıqdır.

 

 

 

 

 

 

 

 

 

 


Загрузка...


Oxunub: 22160 dəfə