Seçki bülletenlərinin çapına başlanılır

  • Bölmə: Siyasət  
  • Tarix: 27 yan 2020 [19:20]

Bu gündən Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

Bizimesr bizimxeber.az-a istinadən xəbər verir ki, 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək. Bülletenlərinin çap olunması prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

 

Xatırladaq ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.


Загрузка...


Oxunub: 7130 dəfə