Daşaltı əməliyyatından 28 il ötür

  • Bölmə: Hərb  
  • Tarix: 26 yan 2020 [19:00]

Azərbaycan Ordusunun uğursuz əməliyyatı kimi tarixə düşən – “Daşaltı əməliyyatı”ndan 28 il keçir.

 

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat 1992-ci il 25 yanvar axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış ordunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

 

 

Daşaltı əməliyyatında Azərbaycan Ordusunun itkiləri:

  1. Abbasov Məhərrəm Abbas oğlu
  2. Abdullayev Azad Yasir oğlu
  3. Ağayev Yusif Balasər oğlu
  4. Abdullayev Ramin Həbib oğlu
  5. Abdullayev Nurəli Hacıbala oğlu
  6. Ağayev Rafiq Qəzənfər oğlu
  7. Bayramov Kamil Canbala oğlu
  8. Bayramov Vaqif Pirəli oğlu
  9. Bayramov Orxan Rauf oğlu

10. Bünyadzadə Ərəstün Mehdi oğlu

11. Camalov Elman Hüseyn oğlu

12. Cavadov Abbas Şəms oğlu

13. Cəbrailov Həmid Yaşar oğlu

14. Cəfərov Zaur Firuddin oğlu

15. Dremaçon Vladimir Vasiliyeviç

16. Əliyev Bəkir İsa oğlu

17. Əliyev Hidayət Məcid oğlu

18. Əhmədov İmamqulu Soltan oğlu

19. Əlizadə Faiq Əbdülhüseyn oğlu

20. Əliyev Ağabala Mirzəbala oğlu

21. Əlicanov Baxış Məmməd oğlu

22. Əmirov Rəfail Mənsur oğlu

23. Fətullayev Abbas Ağahüseyn oğlu

24. Hüseynov Gülverdi Ağahüseyn oğlu

25. Hüseynov Ramiz Allahverdi oğlu

26. Həsənquliyev Şirindil Cavad oğlu

27. Hacıbabayev Tofiq Arif oğlu

28. Həsənov Sədrəddin Qardaşxan oğlu

29. Həsənov Sərxan Altay oğlu

30. Həsənov Oleq Xasay oğlu

31. Xəlilov Rövşən Allahverdi oğlu

32. Xudayev Füzuli Cəmil oğlu

33. Xudayev Çingiz Elman oğlu

34. Cavanşir İbrahimov Zeynal oğlu

35. İbadov Şirzad Cavanşir oğlu

36. İsmayılov Elxan Nazim oğlu

37. İsgəndərov Əliyar Hüseyn oğlu

38. Kərimov Elxan Sunbay oğlu

39. Qurbanov Nofəl Nəriman oğlu

40. Qiyasov İlqar Əsgər oğlu

41. Qasımov Sərxan Lətif oğlu

42. Qədiməliyev Nizami Gülməmməd oğlu

43. Qədirov Taleh Ələkbər oğlu

44. Quliyev Məhəmməd Fərrux oğlu

45. Qəhrəmanov Qəhrəman Qaçay oğlu

46. Malikov Amil Əliheydər oğlu

47. Mirzəyev Rizvan Bilal oğlu

48. Mustafayev Sabir İslam oğlu

49. Mikayılov Baba Bilikişi oğlu

50. Məmmədov Müşfiq Yusif oğlu

51. Məmmədov İlqar İnqilab oğlu

52. Məmmədov Mahir Arif oğlu

53. Mehtiyev Nazim Əli oğlu

54. Nəcəfov Rövşən Hacı oğlu

55. Namazov Azər Rəhim oğlu

56. Niftalıyev Adil Kamal oğlu

57. Nəsirov Arif Əmiraslan oğlu

58. Nuriyev Rafiq Əli oğlu

59. Nəcəfov Rəhman Hacı oğlu

60. Piriyev Ehtiram Bayram oğlu

61. Rüstəmov Azad Bala oğlu

62. Rəsulov Atəş Hacı oğlu

63. Soltanov Kazım Hacı oğlu

64. Səfərov Rövşən Qiyas oğlu

65. Şamilov Sərraf Bakir oğlu

66. Tahirov Vaqif Sabir oğlu

67. Tahirov Əlövsət Kamran oğlu

68. Vəlicanlı Süleyman Məbud oğlu

69. Zülalov İsfəndiyar Adil oğlu

70. Zeynalov Sahib Əliheydər oğlu

71. Əhmədov Riyad Fikrət oğlu

72. Musayev Vaqif Dursun oğlu

73. Şirinov Elcan

74. Qasımov Veysəl Həbib oğlu

75. Hüseynov Telman

76. Nəsirov Zahid Rafael

77. Abutalıbov Eyvaz Cəmil oğlu

78. Ələkbərov Zahid Vəliş oğlu

79. Məhərrəmov Nazim Tofiq oğlu

80. Rüstəmov Sabir Gəray oğlu

81. Səfərov Şahverdi Bəhlul oğlu

82. Quliyev Oqtay Gülməmməd oğlu

83. Ələkbərov Arzu Bəhram oğlu

84. Məmmədov Habil Qabil oğlu

85. Həşimov Pərviz Varaşil oğlu

 

Allah şəhidlərə rəhmət eləsin!

 

Image result for daşaltı əməliyyatı"

 

 

 

 

 Image result for daşaltı əməliyyatı"

 

 

Image result for daşaltı əməliyyatı"

 

 

Image result for daşaltı əməliyyatı"

 

Image result for daşaltı əməliyyatı"

 

Image result for daşaltı əməliyyatı riad"

 

 

 


Загрузка...


Oxunub: 16270 dəfə