Gənc namizəd Paşa Bəkirov seçicilərlə görüşlərini daha da intensivləşdirib

  • Bölmə: Siyasət  
  • Tarix: 26 yan 2020 [01:53]

31 saylı Suraxanı ikinci seçki dairəsindən iddialı namizəd Paşa Bəkirov öz seçki qərargahında seçiciləri ilə görüşlərini davam etdirir. Namizədin seçki qərərgahından Biziməsr.az-a verilən məlumata görə, Paşa Bəkirov Qaraçuxur qəsəbəsi Şəhid Etibar Bəkirli küçəsində yaşayan seçicilərlə öz qərargahında görüşərək onların problemləri və qayğıları ilə dərindən maraqlanır, problemləri dinləyib qeydiyyata alır.


Paşa Bəkirli seçicilərlə görüş zamanı insanları ən çox narahat edən prioritet məsələlərə aydınlıq gətirib: “Müraciətlərin əksəriyyəyi sosial və məişət zəmində problemlərlə əlaqəlidir.

 

İnsanlar yaşadıqları küçələrdə, məhəllələrdə xüsusən yağışlı havalarda üzləşdikləri infrastruktur problemlərindən əziyyət çəkdiklərini dilə gətirirlər. Yolların asfalt örtüyünün olmaması, qaranlıq küçələrlə axşam saatlarında hərəkət etməyin mümkünsüzlüyü və ən əsası isə işsizlik problemlərinin hələ də öz həllini tapmaması müraciətlər arasında üstünlük daşıyır” -deyə Paşa Bəkirli seçiciləri ən çox narahat edən məsələlərin məhz qeyd olunan sahədə olduğunu vurğulayıb.

 

Gənc namizəd qeyd edib ki,hər bir seçicinin fikri ilə tanış olmaq, onların etibarını qazanmaq, qayģılarına qalmaq, problemlərini dərindən öyrənib həllinə nail ola bilmək üçün öz seçki qərargahını səhər saatlarında axşama qədər onların ixtiyarına verib.

 

Paşa Bəkirov Qaraçuxur və Günəşli qəsəbələrində görüşləri davam edir…

 

 

 

 

 

 

 

 

 

 

 


Загрузка...


Oxunub: 7540 dəfə