Azərbaycan diktoru Eldost Bayram 73 yaşını qeyd edir

Azərbaycan diktoru, Respublikanın xalq artisti Eldost Bayram 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub.

 

1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.


Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir.

 

2006-cı ildə “Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə “Tərəqqi” medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.


Bizimesr kollektivi Eldost müəllimi təbrik edir!


Загрузка...


Oxunub: 25460 dəfə