General-mayor Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib (FOTO)

  • Bölmə: Hərb  
  • Tarix: 26 yan 2020 [05:51]

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib.


Bizimesr.az Trend-ə istinadən xəbər verir ki, tədbirlərdə Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.


Çıxış edənlər Böyük Vətən müharibəsi illərində şücaət göstərmiş, qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan Azərbaycanın igid oğlu tank qoşunları generalı  Həzi Aslanovun həyatı, döyüş yolu haqqında ətraflı məlumat veriblər.

 

Bildirilib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan general-mayor Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir.


Tədbirlərdə general-mayor Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin qəhrəmanlığı tərənnüm edən musiqi proqramı, H.Aslanovun həyatı və hərbi fəaliyyətindən bəhs edən sənədli film və sərgilər nümayiş etdirilib.

 

Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib (FOTO)


Загрузка...


Oxunub: 15770 dəfə