Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasiminə qatılıb

  • Bölmə: Dünya  
  • Tarix: 26 yan 2020 [04:19]

Elazığda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib.


Bizizmesr apa-ya istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti mərhumların ailə üzvlərinə başsağlığı verib.


Daha sonra çıxış edən Ərdoğan insanları şayiələrə inanmamağa çağırıb.


Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.


Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.


Загрузка...


Oxunub: 13960 dəfə