Son dəqiqə: Əzizə adlı qadın 17 saat sonra dağıntılar altından sağ çıxarıldı

  • Bölmə: Hadisə  
  • Tarix: 26 yan 2020 [02:36]

Elazığda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilərkən dağıntılar altındakı Əzizə adlı qadınla telefon danışığı aparmaq mümkün olub.

 

Bizimesr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilərin Əzizə ilə etdiyi söhbət nəticəsində onun dəqiq yeri müəyyənləşib. Xilasetmə işləri mətbuat mənsublarının bilavasitə canlı yayımı zamanı baş verib. 


Səhiyyə Nazirliyinin əməkdaşları Əzizə ilə telefon danışığı zamanı dağıntılar altında daha bir nəfərin sağ olduğunu müəyyən ediblər. Və dərhal onların sağ olaraq xilas olunması məqsədilə komandalara riayət emməsini xahiş ediblər:

 

"Heç kim aşağıda susmasın. Sən aşağıda hər kəsin anasısan. Sən bizimlə ünsiyyətdə olan tək insansan. Daha güclü olacaqsan. İstədiyim yalnız yanındakı xalanı çağırmaqdır. Çalışın onu da danışdırın." 


Nəticə etibarı ilə Əzizə adlı qadın zəlzələdən 17 saat sonra dağıntılar altından sağ-salamat xilas edilib.


Загрузка...


Oxunub: 22980 dəfə