Kamil Dadaşov Siyəzən kəndlərində ehtiramla qarşılanır – FOTOLAR

  • Bölmə: Siyasət  
  • Tarix: 26 yan 2020 [01:10]

"Bizi bizdən olan deputat daha yaxşı anlaya bilər” – seçicilər məhz Kamil Dadaşova etimad göstərir.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən millət vəkilliyinə real namızəd Dadaşov Kamil Yusif oğlu təbliğat-təşfiqat kampaniyası çərçivəsində Siyəzən rayonunun daha bir neçə kəndlərində seçicilərlə görüş keçirib. Belə ki, Eynibulaq, Dağ Quşçu, Sədan, Məşrif, Qalaaltı kəndlərində sakinlər öz doğma rayonlarından olan, perspektivli gənc neftçi Kamil Dadaşova böyük dəstək nümaiş etdirirlər.

İddialı namizəd Kamil Dadaşov kəndlərdə sadə və səmimi insanlarla görüşür, onların problemləri və qayğıları ilə dərindən maraqlanır. Görüş kənd sakinləri ilə çox səmimi və mehriban bir atmosferdə baş tutur: “Hər bir görüş, hər bir ünsiyyət mənim üçün olduqca dəyərlidir.

Böyüklərimizin xeyir-duasını almaq, gözləntilərini öyrənmək, hər bir seçicinin fikri ilə tanış olmaq olduqca vacibdir. Hədəflərim böyükdür. İnsanların güvənini qazanmaq, qayģılarına qalmaq, problemlərini dərindən öyrənib həllinə nail ola bilmək bir məsuliyyət tələb edir. Lakin mənim üçün insanların qayğısına qala bilmək böyük şərəfdir” – deyə gənc namizəd görüş zamanı seçicilərinə niyyətini açıqlayıb.

Seçicilər onu səmimi məhəbbətlə qarşılayıb, etimad göstərəcəklərini xüsusi vurğulayaraq, digər namizədlərə də ismarıc göndəriblər. Onlar “bizi bizdən olan deputat daha yaxşı anlaya bilər” deyə məhz Kamil Dadaşova etimad göstərəcəklərini xüsusilə vurğulayıblar.

Həmçinin Kamil Dadaşov 2015-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş Siyəzən rayonunun Dağ Quşçu kənd sakini Ağadadaş Şahkərəmovun ailəsini də ziyarət etməyi özünə borc bilib. Şəhidin validenlərinin xeyir-duasını alan Kamil Dadaşov Ağadadaşın timsalında bütün şəhid valideynlərinin qarşısında baş əydiyini və vətən uğrunda canından keçən igidlərimizlə qürur duyduğunu dilə gətirib.

Görüş zamanı iddialı namizəd Kamil Dadaşov Dağ quşçu kənd sakini seyid Muradağa Kazımovun qonağı olub və onun xeyir-duasını da alıb: “Bizim belə insanlarımız var. İmanlı, vicdanlı, sadə, qonaqpərvər, xoşbəxt millətik”.

Millət vəkilliyinə real namizəd Kamil Dadaşovun növbəti görüşləri zəngin tarixə malik qədim Şabran rayonunun kəndlərində olacaq: “Qədim Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim şəhərlərimizdən olan Şabran şəhərinə getmək, kəndlərində insanlarla görüşmək bir başqa zövq verir.

Dövlətimizə və dövlətçiliyimizə sədaqətlə, yurdumun insanına inanaraq, dəyər verərək inşallah bu yolda qalib gələcəyimə inanıram. Atalarımızın dediyi kimi “El bir olsa, dağ oynadar yerindən” – deyə Dadaşov qeyd edib.

Kamil Dadaşovun Siyəzən kəndlərində görüşləri davam edir…[

thumb=left]http://www.bizimesr.az/uploads/posts/2020-01/1579954436_kamil-siyezen-1.jpg[/thumb]

Загрузка...

Oxunub: 13710 dəfə