AŞPA-nın sessiyası çərçivəsində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək

  • Bölmə: Siyasət  
  • Tarix: 25 yan 2020 [23:50]

Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində  Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.


Bu barədə  Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Qeyd edək ki, yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində AŞPA-nın qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

 

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər. apa


Загрузка...


Oxunub: 9540 dəfə