Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb

  • Bölmə: Hadisə  
  • Tarix: 25 yan 2020 [23:00]

Türkiyədə güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar altından 39 nəfər sağ çıxarılıb.


Məlumata görə, bu barədə Türkiyənun NTV kanalı xəbər yayıb.


Zəlzələnin episentrində - Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.


Axtarış-xilasetmə işləri davam etdirilir.


Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.


Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  


Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.apa


Загрузка...


Oxunub: 21540 dəfə