Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri açılacaq

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 25 yan 2020 [21:20]

“Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur”.


Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev deyib.


O qeyd edib ki, Sumqayıt və Gəncədə də əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.

 

“Eyni zamanda Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisi planlaşdırılır”, - deyə Ü. Mehdiyev vurğulayıb.


Загрузка...


Oxunub: 9670 dəfə