Xərçəng xəstəsi olan Nilüfer indi də donuz qripinə yoluxub

  • Bölmə: Maqazin  
  • Tarix: 21 yan 2020 [21:49]

Döş xərçəngi səbəbiylə uzun müddət müalicə alan Türkiyənin məşhur müğənnisi Nilüferin Yumlu təcili şəkildə xəstəxanaya yerləşdirilib.

 

Bizimesr.az-ın Hürriyet.com-a istinadən ve r diyi xəbərə görə, sənətçinin sağlamlığında ciddi problemlər üzə çıxıb. Onun H1N1 virusuna (donuz qripi) yoluxduğu məlum olub.


Yüksək hərarət və halsızlıq əlamətlərindən şikayətçi olan məşhur sənətçinin artıq bir həftədir ki, İstanbulun Nişantaşındakı Amerika Xəstəxanasında müalicə aldığı bildirilib.


Həkimlər hazırda onun vəziyyətinin qənaətbəxş olduğunu vurğulayıblar.


Загрузка...


Oxunub: 28770 dəfə