“Neftçi” Kiyev “Dinamo”suna uduzdu

  • Bölmə: İdman  
  • Tarix: 21 yan 2020 [05:51]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirib.


Bizimesr.az xəbər verir ki, bakılılar bu dəfə Ukraynanın "Dinamo" klubu ilə üz-üzə gəlib. 

 

Qarşılaşma Kiyev təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

"Dinamo"dan Viktor Mikolenko 12-ci, Nazari Rusin 19-cu dəqiqədə fərqlənib. "Neftçi"nin təsəlli qolunu isə 69-cu dəqiqədə Vangelis Platellas vurub.

 

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Azərbaycan klubu son yoxlama görüşünü yanvarın 24-də Ukraynanın digər təmsilçisi "Desna"ya qarşı keçirəcək.

 

"Qafqazinfo"


Загрузка...


Oxunub: 14260 dəfə