Meksikada yük maşınından musiqi qrupunun üzvlərinin yanmış meyitləri tapılıb

  • Bölmə: Maqazin  
  • Tarix: 19 yan 2020 [01:24]

Meksikada yük maşınından 10 nəfərin yanmış meyiti tapıb.


Meksika mətbuatının verdiyi xəbərə görə, hadisə ölkənin cənub-qərbindəki Gerrero ştatının Çilapa de Alvarez rayonunda qeydə alınıb.


Məlumata görə, meyiti tapılan şəxslər yerli əhalinin nümayəndələrindən ibarət olan "Sensasion" musiqi qrupunun üzvləridir. Hadisə ilə bağlı istintaq başlanıb.


İlkin məlumata görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar. Onların öldürüldüyü ehtimal edilir./apa/


Загрузка...


Oxunub: 32780 dəfə