Timatinin saqqalını qumarda uduzub - FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 16 yan 2020 [23:15]

Sevənləri Timatini saqqallı görməyə alışsa da, reper 2020-ci ildə imicində məcburi dəyişiklik edib.  

 

Bizimesr.az Rusiya KİV-ə istinadən bildirir ki, sən demə Timatı saqqalını qumarda uduzub.

 

Belə ki, 36 yaşlı Timati saqqalını "qaya, qayçı, kağız" oyununda qızı Alisaya uduzub.

 

Oyun oynayarkən əvvəlcədən kəsilmiş şərtə görə, əgər Alisa oyunu məğlub olarsa cizgi filmlərinə deyil, birlikdə Timatinin onun üçün seçəcəyi bir filmə baxmaq məcburiyyətində qalacaqdı. Hər kəs sözünü yerinə yetirsin deyə bütün mübahisə kamerada qeydə alınıb. 


Reper bildirib ki, bu bir ailə əyləncəsi olmaqla yanaşı, həm də o övladına riyakarlıqdan uzaq olmağı təbliğ etmək üçün tərbiyə növüdür.

 

Onlar ailəcə belə videoları çəkməklə axşamlar əyləncə kimi onları seyr edirlər. Hətta həmin videoları böyüyəndə kiçik oğlu balaca Ratmirə də göstəriləcəkdir.

 

 "Bir neçə həftədən sonra yenisi çıxacaq"-deyə reper bildirib.

 

 


Загрузка...


Oxunub: 6270 dəfə