İranda “donuz qripi”ndən ölənlərin sayı 114 nəfərə çatdı

  • Bölmə: Dünya  
  • Tarix: 16 yan 2020 [02:33]

İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb. Bunu İranın Səhiyyə Nazirliyinin yolxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani deyib.

 

Onun sözlərinə görə, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.


Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.


Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb./APA/


Загрузка...


Oxunub: 3270 dəfə