Həsən Ruhani: "Döyüş olmadan bölgəni tərk edin"

  • Bölmə: Dünya  
  • Tarix: 16 yan 2020 [00:59]

"Yaxın Şərqdəki Amerika və Avropa hərbi kontingenti regionda təhlükəsizliyi təmin edə bilmədiyi üçün  bölgəni tərk etməlidir".

 

Bunu İran prezidenti Həsən Ruhani Tehranda keçirilən hökumətin iclasında deyib.

 

Bizimesr.az Anadolu agentliyinə istinadən bildirir ki, İran dövlət televiziyasının efirindən səslənən Ruhani - “Bölgədəki təhlükəsizlik problemlərinə ehtiyacımız yoxdur. Döyüş olmadan bölgəni tərk edin, ağıllı davranın. Nüvə sazişinə qayıdaq”- kimi fikirlər səsləndirib.


Onun sözlərinə görə, ABŞ-ın nüvə sazişindən çıxması bölgəyə mənfi təsir göstərdi. O həmçinin bildirib ki, bölgədəki təhlükəsizlik problemi ABŞ, Avropaya və dünyanın digər ölkələrinə də mənfi təsir göstərəcək.


Ruhani, həmçinin İran Silahlı Qüvvələrinin komandanlığını vurulan Ukrayna təyyarəsi ilə hadisə ilə bağlı həqiqəti açıqlamağa çağırıb.


“Xalq hakimiyyətdən səmimiyyət və sədaqət gözləyir. Baş Qərargahdan, hərbçiləri hadisənin təfərrüatlarını açıqlamağa çağırıram. İnsanlardan üzr istəmək lazımdır"-deyə prezident çağırış edib.

 

Onun sözlərinə görə, düşmüş Ukrayna təyyarəsi ilə baş verən hadisə İrandakı hər kəsi şoka salıb.


"Belə hadisə, İranın bütün tarixində baş verməyib", - deyə Ruhani bildirib.


Загрузка...


Oxunub: 6980 dəfə