Donald Tramp: “İrandakı rejimi dəyişmək fikrində deyilik”

  • Bölmə: Dünya  
  • Tarix: 15 yan 2020 [21:28]

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrandakı rejimi dəyişdirmək fikrində olmadığını, ancaq İslam Respublikasındakı etirazlarla əlaqədar vəziyyəti yaxından izlədiyini deyib.

 

Amerika lideri bu haqda Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı söyləyib. Veriliş ABŞ telekanalları tərəfindən translyasiya edilib.


“İran xalqı öz hökumətinin İranı ölüm, zorakılıq və müharibə etmək üçün necə qarət etdiklərini görməkdən bezib”,- deyərək Tramp İrandakı etirazlar haqda danışıb.

 

Ağ Ev rəhbəri İran hökumətinə zorakılıqdan qaçmaq və ya etirazçıları öldürməmək üçün xəbərdarlıq edib.

 

O, qeyd edib ki, “minlərlə etirazçı” artıq rejimin qurbanına çevrilib. ABŞ prezidenti İran xalqını və azadlıq uğrunda mübarizəsini dəstəklədiyini bildirib.


Загрузка...


Oxunub: 13830 dəfə