Genişlənmiş Bakı-Sumqayıt avtomobil yolu mayda istifadəyə veriləcək

  • Bölmə: Siyasət  
  • Tarix: 15 yan 2020 [20:57]

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsinə artıq başlanılıb və Xırdalan dairəsi ərazisində mövcud yeraltı tunelin həm gediş-gəliş hissəsində əlavə 2 hərəkət zolağının, həm də yeni yeraltı tunelinin tikintisinə başlanılıb.


Bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, bundan əlavə “20 Yanvar”dan çıxan tuneldən Bakı ətrafı qəsəbələrə və Xırdalan daxil olmaqla, Rusiya və Sumqayıt istiqamətinə gedən yol zolaqlarının ayrılması nəticəsində bu intensivliyin aradan qaldırılması layihəsinə başlanılıb.


"Bakı şəhərindən Sumqayıta olan 28 kilometrlik magistral avtomobil yolu 2008-ci ildən genişləndirilir. 2011-ci ildə bu magistral vətəndaşların istifadəsinə verilib. Həmin vaxt avtomobillərin gündəlik hərəkət 7-10 min avtomobilin hərəkətinə hesablanıb. Son dövrlərdə Sumqayıtda tikilən sənaye parklarının, yeni müəssisələrin çoxluğu, açılan ali məktəblər və s. insanların gedişini artırıb", - deyə S. Məmmədov qeyd edib.


S. Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur./apa/


Загрузка...


Oxunub: 6500 dəfə