Ələt-Astara avtomobil yolu ödənişli olacaq - RƏSMİ

"Ələt-Astara istiqamətdə yeni tikilən avtomobil yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub".

 

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, yolda turniketlər quraşdırılacaq və bu qurğular tender yolu ilə alınacaq.


"Tariflər müəyyən olduqdan sonra Tarif Şurasına təqdim olunacaq", - deyə S. Məmmədov qeyd edib.


Загрузка...


Oxunub: 4540 dəfə