İnfarkt keçirən xalq artistindən xəbər var – FOTO

Bizimesr.az xəbər verir ki, ciyərinə su yığılan Azərbaycanın Alen Delonu xalq artisti Rafael Dadaşov xeyli arıqlayıb. Onun bir neçə ay içərisində saçının və saqqalının tam ağarması da diqqətdən yayınmayıb. Onun yeni görüntüsünü sosial şəbəkə fenomeni “viner” Elçin paylaşıb.


Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib./big.az/


Xatırladaq ki, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq аrtisti “Şöhrət” ordenli Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda görkəmli səhnə ustası, Xalq artisti Məlik Dadaşovun ailəsində dünyaya gəlib.74 yaşlı aktyor yaradıcılıq fəaliyyəti ərəfəsində səhnədə və milli kinomuzda onlarla əvəzsiz rolları ilə tamaşaçıların qəlbində sevimli yer alıb.
Allahdan sənətkara şəfa diləyirik.


Загрузка...


Oxunub: 23080 dəfə