Acun Əmraha 94 min təzminat verəcək

  • Bölmə: LIVE
  • Tarix: 12 yan 2020 [03:38]

Türkiyənin məşhur müğənnisi Əmrahın "TV 8"in sahibi Acun Ilıcalı ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.


Bizimesr.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Acun Medya"nın "O səs Türkiyə" və "Rising star" yarışmalarında "Unuta bilsem", "İhtiyacım var" və "Götür beni gittiğin yere" mahnılarını icazəsiz səsləndirdiyini bildirib.


Bu səbəbdən hakim müğənninin müəllif hüquqlarının pozulduğunu qeyd edərək hökm oxuyub. Qərara əsasən, 3 əsər üçün Əmraha maddi zərərə görə 54 min, mənəvi zərərə görə isə 30 min türk lirəsi təzminat veriləcək.


Qeyd edək ki, ifaçı "Acun Medya"dan 149 min lirə təzminat tələb etmişdi.


Milli.Az


Загрузка...


Oxunub: 7440 dəfə