Zelenski də təyyarənin raketlə vurulduğunu istisna etmir

  • Bölmə: Dünya  
  • Tarix: 11 yan 2020 [01:40]

Prezident Vladimir Zelenski İranda qəzaya düşən Ukrayna təyyarəsi ilə bağlı açıqlama yayıb. Dövlət başçısı təyyarənin raket hücumu nəticəsində qəzaya düşməsini istisna etməyib. 


“Lakin bu informasiya hələ ki, təsdiqini tapmayıb. Dövlət başçılarının mediada verdiyi son açıqlamaları nəzərə alaraq, bütün beynəlxalq tərəfdaşları, ilk növbədə ABŞ, Kanada və Böyük Britaniya hökumətlərini faciə ilə əlaqədar məlumat və sübutları İstintaq Komissiyasına təqdim etməyə çağırırıq”, -deyə Zelenski bildirib.


O, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın işini davam etdirdiyini xatırladıb: “Bu prosesdə ukraynalı mütəxəssislər iştirak edir. Gözləyirik ki, onlara bütün məlumatlar veriləcək və obyektiv araşdırma aparmaq üçün lazım olan bütün imkanlar yaradılacaq”.


Ukrayna Prezidenti vurğulayıb ki, bu gün ərzində ABŞ dövlət katibi Mayk Pempeo ilə istintaqın gedişatı ilə bağlı söhbət olacaq.


“Məqsədimiz danılmaz bir həqiqəti tapmaqdır. Biz bunu bütün beynəlxalq ictimaiyyətin qurbanların ailələri və onların xatirəsi qarşısında məsuliyyəti hesab edirik. İnsan həyatının dəyəri hər bir siyasi motivdən üstündür”, -deyə o, qeyd edib.


Qeyd edək ki, artıq ötən gündən etibarən Böyük Britaniya və Kanada Baş Nazirləri Ukrayna təyyarəsinin İran “yer-hava” raketi tərəfindən vurulması ilə bağlı iddialarla çıxış edib. İran tərəfi isə ittihamları təkzib edib.


Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-I Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.


Загрузка...


Oxunub: 6430 dəfə