Castin Biber etiraf etdi: “Ölümcül xəstəliklə mübarizə aparıram” – FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 9 yan 2020 [22:59]

Dünya şöhrətli müğənni Castin Biber həkimlərin ona “Layma” xəstəliyinə yoluxma diaqnozu qoyduğunu açıqlayıb.

 

“Moskovskiy Komsomolets”in məlumatına görə, bu barədə müğənni “Instagram” hesabında paylaşım edib.


“Bir çoxları Castin Biberin pis görünməyə başladığını, metanfetamin istifadə etdiyini dedilər. Bu insanlar anlaya bilmir ki, bir qədər əvvəl məndə “Layma” xəstəliyi, yalnız bu da deyil, həmçinin, ciddi xroniki mononükleoz aşkar edildi. Bütün bunlar mənim dərimə, beynimin işinə, enerjimə və ümumilikdə, sağlamlığıma təsir göstərdi”, – müğənni bildirib.

 

Onun sözlərinə görə, son iki ili çox çətin yaşayıb, lakin düzgün müalicə sayəsində hələlik müalicəsi olmayan xəstəlik yaxşılaşmağa doğru gedib və yenidən səhnədə çıxış edə biləcək.

 


Загрузка...


Oxunub: 20150 dəfə