Avstraliya yanğınlarında heyvanların ölüm sayı MİLYARDDAN çoxdur – FOTO

Avstraliyada baş verən yanğın bir milyarddan çox heyvan və quşun ölümünə səbəb olub.

Bu barədə Sidney Universitetinin apardığı araşdırmada qeyd olunub. Tədqiqatın rəhbəri, professor Kris Dikman qeyd edib ki, təkcə Yeni Cənubi Uels ştatında 800 milyon heyvan yanğınların qurbanı olub. Professorun sözlərinə görə, bu rəqəmləri Dünya Vəhşi Təbiət Fondunun (WWF) hesabatına əsaslanaraq səsləndirsə də həqiqət daha acınacaqlıdır.

Dikman qeyd edib ki heyvanlar odda yanaraq, yaxud yanğının məhv etdiyi ərazilərdə yem çatışmazlığından ölür. Odun “çatmadığı” ərazilərə qaça bilsələr də, ya yırtıcılar tərəfindən məhv edilir, ya da oradakı digər heyvanlarla rəqabət apara bilmirlər.

Qeyd edək ki,  Avstraliyada meşə yanğınları ötən ilin sentyabr ayından davam edir. Nəticədə artıq 19 nəfər həlak olub. Kosmosdan əldə olunan görüntülərə əsasən, alov ölkə ərazisinin çox hissəsini bürüyüb. Avstraliya hökuməti yanğını söndürməyə lazım olan sudan çox istifadə etdikləri üçün bir neçə min dəvəni öldürmək qərarına gəlib.

Avstraliya yanğınlarında MİLYARDDAN çox canlı ÖLÜB - FOTO

Загрузка...

Oxunub: 7830 dəfə