Hücum öncəsi İraq baş nazirinə İrandan səsli mesaj göndərilib

  • Bölmə: Dünya  
  • Tarix: 9 yan 2020 [02:03]

İraqın Baş naziri Adil Əbdül Mehdi İranın raket hücumları ilə bağlı açıqlama verib.


Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, hücumdan öncə İrandan səsli xəbərdarlıq mesajı aldığını söyləyib.


"Hücumun sadəcə ABŞ hərbçilərinin olduğu bazalara ediləcəyini deyildi, lakin tam koordinatlar verilmədi. Hava bazasına və digər yerlərə raketlər düşdükdən sonra isə ABŞ-dan zəng gəldi. Hücum barədə məlumat əldə edən kimi İraq qüvvələrini xəbərdar etdim. Bu təhlükəli böhran İraqı, regionumuzu və hətta dünyanı təhdid edir. Hazırda baş verənləri yaxından izləyir və gərginliyi azaltmaq üçün lazımi görüşlər keçirirəm", - deyə baş nazir bildirib.


Загрузка...


Oxunub: 6100 dəfə