Çavuşoğlu sabah İraqa gedir

  • Bölmə: Dünya  
  • Tarix: 9 yan 2020 [01:30]

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və İran arasındakı gərginliyin azaldılması təşəbbüsləri çərçivəsində yanvarın 9-da təcili İraqa səfər edəcək.

 

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib:


“Bölgəmizdə son dövrdə baş verənlər nəticəsində artan gərginliyin azaldılması məqsədilə davam edən fəal diplomatik təşəbbüslərimiz çərçivəsində Cənab Nazirimizin 9 yanvar 2020-ci il tarixində İraqa bir günlüyünə səfər etməsi nəzərdə tutulur.”


Səfər zamanı bölgədəki vəziyyətlə yanaşı ikitərəfli mövzuların da müzakirə olunmasının planlaşdırıldığı bildirilib.  


Загрузка...


Oxunub: 9970 dəfə