İranda “Buşehr” AES yaxınlığında zəlzələ oldu

  • Bölmə: Dünya  
  • Tarix: 8 yan 2020 [20:45]

İranda “Buşehr” Atom Elektrik Stansiyasının (AES) yaxınlığında 4,9 və 4,5 maqnitudalı iki zəlzələ baş verib.

 

“Report” xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb.


Məlumata görə, 4,9 maqnitudalı zəlzələ Bakı vaxtı ilə səhər saat 06:20-da baş verib. Yeraltı təkanların episentri Bürazcan şəhərindən 10 km cənub-şərqdə olub, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. 4,5 maqnitudalı ikinci zəlzələ isə saat 07:19-da qeydə alınıb. Zəlzələnin episentri Bürazcan şəhərindən 17 km cənub-şərqdə yerləşib, zəlzələ ocağı yenə 10 km dərinlikdə olub.


Загрузка...


Oxunub: 6030 dəfə