“Hürriyyət” qəzetindən Sərdar Cəlaloğlunun qalmaqallı xəbərinə reaksiya-TƏXRİBATDI

  • Bölmə: Siyasət  
  • Tarix: 7 yan 2020 [23:43]

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun hurriyyet.org saytında yayımlanan “Tapşırıqları Əli Həsənovdan alırdım” başlıqlı qalmaqallı yazı ilə bağlı məsələyə aydınlıq gətirilib. 


Hürriyet.orq saytının təsisçisi Vüqar Məmmədov yayılan materialla bağlı yaydığı bəyanatda bildirib ki, bu, təxribatdır. “Saytımız haker hücumuna məruz qalıb. Sayta kənar müdaxilə ilə bizim adımızdan əleyhimizə materiallar yerləşdirilir. Bir neçə gün əvvəl də saytımızı dağıtmağa cəhd etmişdilər. Bununla bağlı DTX, Baş Prokurorluq və Rabitə Nazirliyinə müraciət olunub”.


Saytın Baş redaktoru Anar Həsənli də oxşar bəyanat verərək, adıkeçən materail redaksiya tərəfindən hazırlanmayıb və sayta kənar müdaxilə ilə yerləşdirilib.


Qeyd edək ki, xəbərin sesnasion məzmunu və S.Cəlaloğlunun qardaşı Vüqar Məmmədovun rəhbəri olduğu saytda yayımlanması materialın digər mətbuat orqanlarında, o cümlədən Qaynarinfo-da yayılmasına səbəb olub.


Xatırladaq ki, adıçəkilən materialda Sərdar Cəlaoğlunun dili ilə uzun illər özünün və qardaşı Qurban Məmmədovun Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovdan tezislər aldıqları qeyd olunurdu:


“Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir. Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm”.


Загрузка...


Oxunub: 5000 dəfə