Pentaqonun aparat rəhbəri istefa verdi

  • Bölmə: Dünya  
  • Tarix: 7 yan 2020 [19:28]

ABŞ Müdafiə Nazirliyi aparatının (Pentaqon) rəhbəri Erik Çuninq yanvar ayının sonunda vəzifəsini tərk edəcək.


Bizimxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi Alissa Farah verib.


O, E. Çuninqi bu vəzifədə Silahlı Qüvvələr Palatası Komitəsinin üzvü və Birgə Respublika Baş Komandanlığı sədrinin keçmiş müşaviri Jen Stuart əvəz edəcəyini deyib.


ABŞ-ın müdafiə naziri Mark Esper həmkarına təşəkkür edib və ona uğurlar arzulayıb:

 

“Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəldiyim müddətdə Erikin son yeddi ay ərzində peşəkarlığına, düşüncəsinə və rəhbərliyinə görə minnətdaram. Ona özəl sektora qayıtmağında ən yaxşısını diləyirik”. /Qaynarinfo/


Загрузка...


Oxunub: 4120 dəfə