Süleymani və Monte dost olublar??? – TƏXRİBAT ifşa olundu

  • Bölmə: Dünya  
  • Tarix: 7 yan 2020 [05:49]

Sosial şəbəkələrdə ABŞ hərbi qüvvələrinin Bağdad aeroportuna endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin və guya Xocalı soyqırımının təşkilatçısı, məhşur erməni terrorçusu Monte Melkonyanla birgə foto-şəkili paylaşılıb.


 İranın Ermənistanla bütün sahələrdə və eləcə də hərbi sahədə əməkdaşlığının olması danılmazdı.

 

Lakin Bizimxeber.az-ın apardığı araşdırmalar nəticəsində həmin şəkilin reallığı əks etdirmədiyi müəyyən olub.

 

Belə ki, şəkildə Süleymaninin indiki, Melkonyan adlandırılan şəxsin isə cavanlıq görüntürəri əks olunub.

 

Həmçinin qeyd edək ki, şəkildəkindən fərqli olaraq Montenin başının ortası daz olub. Böyük ehtimalla şəkilin Monteyə aid olmadığı və təxribat xarekteri daşıdığı şübhəsizdir.  


Lakin aparılan araşdırmalar zamanı fotonun əsli aşkarlanmışdır. Məlum olub ki, fotoda mərhum general Qasım Süleymaninin yanındakı şəxs əslində Monte deyil, iranlı hərəm müdafiəçisi, şəhid Məhəmmədhüseyn Məhəmmədxanidir.

 


Загрузка...


Oxunub: 5480 dəfə