Keniyada 3 amerikalı hərbçi öldürüldü

  • Bölmə: Dünya  
  • Tarix: 6 yan 2020 [19:06]

ABŞ-ın hərbi qulluqçusu və Pentaqonun iki muzdlu əsgəri Keniyada “Əl-Şabab” qruplaşmasının (“Əl-Qaidə”nin bir hissəsi) silahlılarının hücumu nəticəsində ölüb.

 

Bu barədə ABŞ-ın Afrika komandanlığının mətbuat xidməti bildirib.

 

Məlumata görə, hücum Menda-Bey hava limanı ərazisindəki Keniya silahlı qüvvələrinin hərbi bazasında törədilib. 

 

Eyni zamanda daha iki ABŞ əsgəri yaralanıb.

 

 

Kiçik atıcı silahlarla silahlanmış terrorçular bazaya daxil olmağı və aerodromda olan 6 mülki təyyarəni zədələməyi bacarıblar. 

 

 

Hücum Keniya hərbçiləri ilə birlikdə dəf edilib.

 

Apa


Загрузка...


Oxunub: 1220 dəfə