Aydın Bəşirov qəflətən dünyasını dəyişdi – Türkiyədə – YENİLƏNİB

  • Bölmə: Hadisə  
  • Tarix: 29 dek 2019 [21:30]

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib.

 

Bu barədə onun yaxınları məlumat verib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.

 

 

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib. “Yeni Sabah” xəbər verir ki, bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o bu gecə Türkiyədə dünyasını dəyişib.Xatırladaq ki, Aydın Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində doğulub.

 


Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilən Aydın Bəşirov 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.


Загрузка...


Oxunub: 5810 dəfə