Zeynəb Xanlarovanın 83 yaşı tamam oldu

Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Azərbaycan, Ermənistan, Özbəkistan Respublikalarının xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı , "Heydər Əliyev" ordeni laureatı və onlarla digər mükafatların sahibi   Zeynəb Xanlarovanın doğum günüdür.


Bizim Əsr xəbər verir ki,bu məlumatı məhşur kanon ifaçısı,Respublikanın Əməkdar Artisti Rəşad İlyasov facebook sosial şəbəkəsindəki öz səhifəsində paylaşım edib: 


"Bu gün SSRİ Xalq artisti, Opera sehnəsinin ən uzun ömürlü Leylisi, Əslisi....Çahargah, Humayun muğamlarının ilk ifaçısı (qadınlar arasında) xalq mahnı ve təsniflərimizin əvezolunmaz səsi, eyni zamanda bəstəkar mahnılarının mahir ifaçısı, səhnələrin AS solisti Zeynəb Xanlarovanın doğum günüdü.... Tebrik edirəm canlı əfsanəni.... Və çox şadam ki bir yerdə çalışırıq.... Yaşayın, yaradın... Musiqimizi daha da göylərə qaldirin Zeyneb xanım.."


Загрузка...


Oxunub: 22300 dəfə