Bizimxeber.az -a haker hücumu edilib

Ötən gün axşam saatlarında Bizimxeber.az Xəbər Portalına haker hücumu edilib. Bu barədə Bizim Əsr-ə saytın baş redaktoru tanınmış jurnalist Ədil Hüseynli məlumat verib.

 

Onun sözlərinə görə, sayt dünən gecədən haker hücumlarına məruz qalıb: "Dünən gecə sayta haker hücumu olub. Bununla bağlı mütəxəssislərə müraciət etmişəm. Dünəndən saytda bərpa aparılır. Yəqin ki, yaxın dəqiqələrdə sayt öz fəaliyyətini bərpa edəcək. Yəqin bizim ölkə başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləməyimiz və etdiyimiz kömək kimlərinsə xoşuna gəlmir".


Загрузка...


Oxunub: 3270 dəfə