Mehman Hüseynov döyülüb? — Rəsmi AÇIQLAMA

  • Bölmə: Hadisə  
  • Tarix: 28 dek 2019 [20:13]

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılaraq döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.


Bizim Əsr  xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, M.Hüseynov ictimai asayişi pozduğu üçün saxlanılıb:


"O, dekabrın 27-si saat 22:00-dan sonra bir qrup şəxslə birlikdə şəhərin mərkəzində, əhalinin sıx olduğu Fəvvarələr meydanında ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər. Onlar məhkəmənin qanuni qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən repçi Pərviz Quluzadənin həbsdən azad edilməsini tələbi ilə ictimai asayişi və əhalinin istirahət hüququnu pozublar.



Bu zaman ərazidə xidmət edən polis əməkdaşlarının ictimai asayişi qorumaqla bağlı qanuni tələblərinə tabe olmayıblar. Buna görə də polis əməkdaşları Mehman Hüseynovu əhalinin sıx toplaşdığı ərazidən uzaqlaşdırmağa məcbur olublar. Mehman Hüseynova qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq olmayıb. Sadəcə, Mehman Hüseynov öz istəyinə nail ola bilmədiyi üçün belə uydurma fikirlər irəli sürür. Əgər Mehman Hüseynov polis onu ərazidən uzaqlaşdırdıqdan sonra kimlərsə tərəfindən döyülübsə, ərazi üzrə polis orqanlarına müraciət etsin. Araşdırma aparılıb onun həqiqətən döyülüb-döyülmədiyi, kimlər tərəfindən döyüldüyü müəyyən olunacaq. Mehman Hüseynovun polisin onu döyməsi barədə dedikləri yalandır, bunlar polisə atılan böhtandır”.Qeyd edək ki, M.Hüseynov və bir neçə aktivist həbs edilən reper Pərviz Quluzadənin (Paster) azad olunması üçün şüarlar yazılan plakatlar qaldırıblar. 


Загрузка...


Oxunub: 8990 dəfə