Roza Zərgərlinin oğlu: anama görə deyil...-FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 25 dek 2019 [00:32]


Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. Nəticəsi ən çox gözlənilən dairələrdən biri də 31 saylı Qaraçuxur seçki dairəsi idi. Bu dairənin qalibləri arasında Qafarov Corc XXX oğlu da var. AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu şəxs tanınmış müğənni Roza Zərgərlinin övladıdır.
Müğənni saytımıza açıqlamasında faktı təsdiqləyib: “Bəli, Corc namizədliyini vermişdi, indi də qalib oldu. İnşallah bələdiyyənin sədri də seçilər”.
Bizim Əsr xəbər verir ki,  bu və digər məsələlərlə bağlı müsahibə verən Corc Qafarov iddialı olduğunu gizlətməyib: 

-Corc ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiz...
- Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyə namizəd oldum və qalib gəldim.
- Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalıb gəlmisiz... 
- Bunlar hamısı boş sözlərdi, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.
- Dediz ki, aktyorsuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətiniz davam edəcəksiz? 
- Bu haqda danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.
- Sizin rəqiblərdən biri tanınmış bloqqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu sizin üçün sürpriz oldu?
- Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Acığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.
- Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiz?
- Onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə bu kifayətdir.

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi: Mehmanın dairəsindən


Загрузка...


Oxunub: 22820 dəfə