"Bakının bu hissəsində yaşayanların həyatı təhlükədədir" (AÇIQLAMA)

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 27 noy 2019 [05:39]

"Bayıl yamacı sürüşmə zonasıdır. Orda ümumiyyətlə tikinti aparılmamalıdır".Bunu açıqlamasında ekoloq Telman Zeynalov deyib. O, problemin həlli üçün ərazidə yaşıllıq zolaşının salınmasına ehtiyac olduğunu vurğulayıb.

"Yaşıllıq torpağı möhkəmləndirir və sürüşmənin qarşısını alır. Bizdə isə əksinə boş yer tapan kimi bina tikirlər. Orada tikilən binalarda yaşayan əhalinin həyatı daim təhlükədədir. Ciddi sürüşmə olsa, hamısı dağılacaq".
Qeyd edək ki, bir neçə gün öncə paytaxta yağın güclü yağış Bayıl yamacında sürüşmələri aktivləşdirib. Bibiheybət yolu istinad divarları ilə birgə aşağı uçub.

Загрузка...


Oxunub: 14350 dəfə