“O qədər genişlənib ki, ölkənin iqtisadiyyatına...” - Biznesimizə toy tutan toylarımız

Məlum olduğu kimi, artıq Məyərrəm ayı geridə qalıb və Azərbaycanda toy mövsümü başlayıb. Bununla da bir çox sahədə çalışanların, sahibkarların üzü gülməyə başlayıb. Araşdırmamız nəticəsində məlum olub ki, ölkəmizdə Məhərrəmlik vaxt, yəni toylar dayananda toy mərasiminə aid olan ləvazimatlar, obyektlərlə yanaşı digər bir çox sahələrdə də durğunluq yaşanır. Belə ki, bərbərlər, taksi sürücüləri, hətta diş həkimləri belə sahələrinin demək olar ki, çökdüyünü bildirirlər.

Bəs görəsən toyların ölkə biznesinə bu dərəcədə təsir etməsi normaldırmı? Bunun hansı mənfi nəticələri ola bilər? Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan A. Nəsirli məsələnin həll yollarını göstərib: "Toylar daha çox milli-mənəvi prosesdir. Lakin bu proses o qədər genişlənib ki, ölkənin iqtisadiyyatına belə təsir edir. Əslində toylarla bağlı olan biznesi sahibakarlar özləri qurmalıdır. İkincisi isə iqtisadi amillərlə bu məsələyə təsir etmək mümükün deyil. Bu artıq maaarifləndirmə məsələsidir. Bu məsələyə hüquqi yolla toxunmaq olar.
Burada əsas məsələ milli dəyərlərin alver predmetinə çevrilməsini açıb cəmiyyətə göstərmək və bir qrup insanların qazandığını və çox qrup insanın itirdiyini nəzərə almaq lazımdır. İki gənc ailə qurur, bunun onlara heç bir xeyiri olmur, yığılan pulun bir hissəsi şadlıq sarayına, digər bir hissəsi isə başqalarının ciblərinə axır. Toplanılan pulun gənclərə verilməsi daha məqsədəuyğundur. Ən zəif toyda belə, 10-15 min pul yığılır. Səxafətimizi o pul biznesi quranlara yox,  evlənən gənclərə göstərməliyik. Toya gedb nə qədər pul atırsan, onun heç bəylə gəlinə çatanı olmur”.
Cəmiyyətdə bəzən dəbdəbəli toyların ləğv olunması və sadə məclislərin keçirilməsini istəyənlər də olur. Bu amil sahibkarlara necə təsir edə bilər? Ekspert suala belə aydınlıq gətirib: “Toyla birbaşa və dolayı yolla bağlı olan sahibkarlara, onsuz da tələbat olacaq. Hamı toyda daha yaxşı görünmək istəyir, hamı bəzənmək istəyir. Adi toy keçirilən ölkələrdə belə, insanlar hazırlıqlarına xeyli miqdarda pul xərcləyirlər. Belə hesab edirəm ki, o sahəyə ciddi bir zərər gəlməyəcək”.

Загрузка...


Oxunub: 3830 dəfə