"Formula 1" Bakıda iyunda keçiriləcək - Təqvim təsdiqləndi

  • Bölmə: İdman  
  • Tarix: 29 avq 2019 [23:07]

Beynəlxalq Avtomobil Federasiyası "Formula 1" yarışı üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib.

"F1experiences" xəbər verir ki, Azərbaycan Qran Prisi 5-7 iyun tarixlərində keçiriləcək. 

Yarış 22 ölkədə təşkil olunacaq. Bu il siyahıya Niderland da daxil edilib ki, sonuncu dəfə bu ölkə 35 il əvvəl yarışda iştirak edib.

"Formula 1"in ilk Qran Prisi martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək. 

Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26-28 apreldə keçirilib.

 


Загрузка...


Oxunub: 5510 dəfə