FHN Oğuz rayonundakı yanğınlarla bağlı məlumat yaydı

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 28 avq 2019 [23:19]

Fövqəladə Hallar Nazirliyi avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığındakı dağlıq ərazilərdə, meşə zolağında baş vermiş yanğınlarla bağlı məlumat yayıb. 

Məlumatda hər iki yanğının bu gün tam söndürüldüyü bildirilib. 

Yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri iştirak edib.

Bizimesr.az


Загрузка...


Oxunub: 5750 dəfə