Qadın millimiz Avropa çempionatının 1/8 finalına çıxdı

  • Bölmə: İdman  
  • Tarix: 28 avq 2019 [23:18]

Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə keçirdiyi qadın voleybolu üzrə Avropa çempionatında millimiz pley-offa vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, qrup oyunlarını Macarıstanın paytaxtı Budapeştdə keçirən Covanni Kapraranın yetirmələri autsayder Estoniya ilə görüşüb.

Komandamız rəqibinə çətinliklə qalib gəlib - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:12).

Bununla da komandamız yeddi xalla qrup üçüncüsü olub. Son turda Rumıniya ilə görüş komandamız üçün qrupda II olmaq baxımından önəmli olacaq.

Qeyd edək ki, millimiz daha əvvəl qrup ikincisi Xorvatiyanı 3:2, meydan sahibi Macarıstanı 3:0 məğlub edib, qrup lideri Niderlanda 0:3 hesabı ilə uduzub. Bu nəticə ilə komandamız qitənin 16 ən güclü kollektivi arasına adını yazdırıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 6200 dəfə