"SpaceX" Marsa yollanacaq kosmik gəminin maketini uğurla sınaqdan keçirdi - VİDEO

"SpaceX" şirkəti "Starhopper" adlı qurğunun sınaqlarını uğurla başa çatdırıb.

Sınaqları əks etdirən video şirkətin YouTube-kanalında yerləşdirilib.

Kadrlardan göründüyü kimi, "Ulduzlara tullanan" adlı gəmi əvvəlcə göyə qalxır sonra isə yaxınlıqda yerə yumşaq eniş həyata keçirir.

"Starhopper" – "Starship" adlı kosmik gəminin kiçildilmiş maketidir. Sonuncunun köməyi ilə "SpaceX" rəhbəri İlon Mask tarixdə ilk dəfə Mars planetinə insan göndərmək niyyətindədir.

Bizimesr.az


Загрузка...




Oxunub: 13470 dəfə