Putin Ərdoğana "Su-57"ni göstərdi - FOTO

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan 14-cü MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında iştirak ediblər.

"Anadolu" agentliyi xəbər verir ki, çıxış edən R.T.Ərdoğan Türkiyədə müdafiə sərgilərinin, xüsusilə İstanbulda 14-cü Beynəlxalq “İDEF-2019” sərgisinin keçirildiyini xatırladıb.

"Bu ilin sentyabrın 2-də İstanbulda İkinci Aviasiya və Kosmik Texnologiyalar (TEKNOFEST) festivalı açılacaq. Biz bu festivalı bir milyondan çox insanın ziyarət edəcəyini gözləyirik", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə lideri Vladimir Putini və bütün rusiyalıları TEKNOFEST-ə dəvət edib.

Onun sözlərinə görə, Türkiyə son illərdə aviasiya sahəsində mühüm uğurlar əldə edib.

"Türkiyənin müdafiə məhsullarının, o cümlədən, aerokosmik sənayesi məhsullarının ixracı artır. 2018-ci ilin sonunda Türkiyənin müdafiə sənayesi ixracatı 2.5 milyard dollara çatdı. Türkiyənin "T-129 ATAK" helikopterlərinə dünyanın bir çox ölkəsində maraq artır", - deyən R.T.Ərdoğan əlavə edib ki, Türkiyə beşinci nəsil hərbi təyyarə də hazırlayır.

O, Türkiyə ilə Rusiya əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib:

"İlin sonuna qədər Türkiyə kurortlarında altı milyona yaxın rusiyalının olacağı gözlənilir. İki ölkə arasında ticarət dövriyyəsi 25 milyard dolları keçib. Məqsədimiz bu rəqəmi 100 milyard dollara çatdırmaqdır".

Rusiya və Türkiyə prezidentləri sərgidə təqdim olunan "Su-57" qırıcısına, "Ka-622" və "Mi-38" helikopterlərinə baxış keçiriblər.

V.Putin türk həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri barədə də danışıb.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentlərini arasında ikitərəfli danışıqlar da aparılacaq.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 16410 dəfə