"Nar" 4G istifadəçilərinin sayı 2 dəfə artıb

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 27 avq 2019 [20:44]

LTE texnologiyalı yeni baza stansiyaları quraşdırmaqla ölkənin ən geniş 4G şəbəkəsinə malik "Nar"ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Nar"ın 4G xidmətindən yararlananların sayı 96% artaraq 740 minə çatıb. Bununla da, mobil operatorun hər üç abunəçisindən biri aktiv 4G internetindən istifadə edir. 

"Nar"ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Nar"ın smartfon istifadəçilərinin sayı 17% çoxalıb.  

"Nar" 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 53 bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. Hazırda "Nar"ın 4G şəbəkəsi ölkə əhalisinin 78%-dən çoxunu əhatə edir. Yaxın vaxtlarda isə bu göstəricinin 97%-ə çatdırılması planlaşdırılır.  

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz. 

Bizimesr.az


Загрузка...


Oxunub: 5470 dəfə