İki rayonda meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb

  • Bölmə: Hadisə  
  • Tarix: 26 avq 2019 [23:24]

Ötən gün Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.​

Həmçinin İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 40 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb. 

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Bizimesr.az


Загрузка...


Oxunub: 5630 dəfə