Di Kaprio Amazon meşələrinin qorunmasına beş milyon dollar ayırdı

  • Bölmə: Dünya  
  • Tarix: 26 avq 2019 [23:17]

Məşhur aktyor, "Oskar" mükafatı laureatı Leonardo Di Kaprio Amazoniyanın biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradılmasının anonsunu verib.

RBK xəbər verir ki, artistin fonda ilk payı beş milyon dollar miqdarında vəsait olub.

Di Kaprio iyulda iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün "Alyans Yer" qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet kömək edib.

Təşkilat indi isə "Amazon Forest" fövqəladə fondunun təsis edildiyini elan edib. Beş milyon dollar həcmində ilk ödəniş Amazoniyanın zərər çəkmiş yerli xalqlarının zəruri resurlarla təmin edilməsinə, eləcə də ən iri tropik meşə massivinin biomüxtəlifliyinin qorunması ilə məşğul olan fondun tərəfdaşlarına dəstək verilməsinə ayrılacaq.

Qeyd edək ki, Amazon meşələri alova bürünüb. Avqustun 15-dən bəri 9,5 mindən çox meşə yanğını baş verib. Yanğın 1,3 min kvadrat kilometr meşəni məhv edib, tüstü üç milyon kvadrat kilometr əraziyə yayılaraq San-Paulu sakinlərinin Günəşi görməsinə mane olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 6550 dəfə