Tramp qasırğalara qarşı nüvə bombalarından istifadəni təklif etdi

  • Bölmə: Dünya  
  • Tarix: 26 avq 2019 [23:14]

ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə milli təhlükəsizlik üzrə məmurlarla qasırğa ilə mübarizədə nüvə bombalarından istifadə etmək məsələsini müzakirə edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Ağ Evdən olan mənbənin bildirdiyinə görə, Tramp administrasiyasının əməkdaşlarını belə təklif heyrətləndirib.

"Onlar (qasırğalar) Afrika sahilində formalaşmağa başlayırlar, Atlantika boyu hərəkət etdikdə isə biz bombanı qasırğanın gözündən vururuq və qasırğa ləğv olunur. Bunu niyə edə bilmərik ki?", - deyə Tramp təklif edib.

Administrasiyanın bəzi üzvləri bu ideyanı bəyəniblər. Onlar xatırladıblar ki, Eyzenhauer administrasiyası da 1950-ci illərdə qasırğanın mərkəzi üzərində nüvə bombası partlatmaq barədə düşünüb. 

Bizimesr.az


Загрузка...


Oxunub: 13220 dəfə