Elektrik qatarlarından istifadə edənlərin nəzərinə

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 23 avq 2019 [17:09]

Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata görə, 26 avqust tarixindən 15 sentyabra qədər Sabunçu dəmir yolu stansiyası ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.

Bizimesr.az


Загрузка...


Oxunub: 6940 dəfə